Rusiyanın Moldovadakı səfirliyi yaxın günlərdə rəsmi Kişineu tərəfindən Rusiya əleyhinə təxribatın hazırlandığını iddia edib.
Bu barədə diplomatik nümayəndəliyin "Telegram” kanalında yayılan bəyanatda bildirilib.
"Səfirliyə yaxın günlərdə Rusiya-Moldova münasibətlərinin kəskin pisləşməsinə yönəlmiş antirusiya xarakterli təxribatın hazırlanması barədə məlumat daxil olub. Bu cür ssenarilərin riskləri barədə dəfələrlə xəbərdarlıq etmişik və indi xəbərdarlıqlarımız özünü doğrultmağa başlayır”, – bəyanatda qeyd olunub.
Diplomatik nümayəndəlik Moldova hakimiyyətini gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.
"Rəsmi Kişineunu Moldovanı Rusiya ilə qarşıdurmaya cəlb etməyə çalışanların təsiri altına düşməməyə və düşünülməmiş eskalasiya addımlarından çəkinməyə çağırırıq”, – səfirlik vurğulayıb.
///apa.az











































