Ev sahibinin sözlərinə görə, 5-otaqlı evi və 85 min manatlıq malı yanaraq külə dönüb.
Zərdabda evdə baş verən yanğında möcüzə yaşanıb. Yanğın hadisəsi yanvar ayının 11-də rayon sakiniHüseynov Malik Əli oğluna məxsus evdə qeydə alınıb. Ev sahibinin verdiyi məlumata görə, hadisə saat 04:56 radələrində ümumi sahəsi 144 kv.m olan 2-mərtəbəli 5 otaqlı ev yanıb. "Ehtimala görə, yanğına səbəb elektrik xəttində yaranan qısaqapanma olub. Nəticədə 7 nəfərdən ibarət iki ailə evsiz qalıb. Evdə 20 min manatlıq qızıl-zinət əşyası və 50-60 minlik ev əşyaları olub. Bundan əlavə, yanvarın 29-da toyu olacaq qızım üçün ayırdığım 4 min manat nəğd pul külə dönüb". Ev sahibinin sözlərinə görə, ev tamamilə yararsız hala düşsə də, müqəddəs Qurani Kərim kitabına, demək olar ki, heç bir şey olmayıb.


