Azərbaycanda ev quşları kütləvi tələf oldular

SOSİAL
14:40 22.12.2024
196
Oğuzun Yaqublu və Yenikənd kəndlərində ev quşları kütləvi tələf olub. Quşlar arasında tələfat noyabr ayının sonundan başlayıb və bir həftə ərzində adıçəkilən kəndlərin əksər ərazilərini bürüyüb.

AZXEBER.COM Baku.tv-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, axşam yemlədikləri ev quşları səhərə sağ çıxmayıb. Sakinlərin əksəriyyətinə 2000-3000 manat maddi ziyan dəyib.

Anidən xəstəliyə tutulan ev quşlarına bəzi dərmanlar verilsə də, tələfatın kütləviliyinin qarşısını almaq mümkün olmayıb.

Zərərçəkən Səadət Babayeva deyir ki, ev quşlarının hamısı qırılıb: "Onları bazarda satanda xeyli miqdarda pul alırdıq. Qazlarım dəli oldu, fırlanıb öldülər. Hind quşları və toyuqların hini boş qalıb, hamısı tələf oldu. 2000 manatdan çox ziyan dəyib".

OXŞAR XƏBƏRLƏR