Azərbaycanda evə atəş açıldı - Saxlanılan var

Azərbaycanda evə atəş açıldı - Saxlanılan var
SOSİAL
13:53 13.12.2022
302
Dekabrın 12-də saat 16 radələrində İmişli şəhərində yaşayan M.Hümbətovun evinin darvazasına tüfəngdən atəş açılması barədə polisə məlumat daxil olub.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Bəhlul Qədirovun münaqişə zəminində tüfəngdən darvazaya bir dəfə atəş açması müəyyən olunub.

Görülmüş tədbirlərlə B.Qədirov saxlanılıb, ondan "İJ-18” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (Xuliqanlıq) ilə cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR