Azərbaycanda evlənənlərin yaş fərqi: 18 yaşlı gəlinlə 60 yaşlı bəy

Azərbaycanda evlənənlərin yaş fərqi: 18 yaşlı gəlinlə 60 yaşlı bəy
SOSİAL
17:10 26.06.2025
966
Bəzi hallarda ailə həyatı quran cütlüklər arasında yaş fərqi cəmiyyətin diqqətini çəkən və müzakirə olunan mövzulardan biri olur. Xüsusən də bəzi nikahlarda yaş fərqinin çox böyük olması statistik göstəricilərdə də öz əksini tapır.

AZXEBER.COM xəbər verir ki, Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son üç ildə 6 nəfər 18-29 yaşda gəlin 60 və yuxarı yaşda bəylə rəsmi nikaha daxil olub.

Qeyd edək ki, 2024-cü ildə rəsmi nikaha daxil olan kişilərin orta yaşı 30.2, qadınların isə 25.2 olub .
OXŞAR XƏBƏRLƏR