Azərbaycanda faciə: 14 yaşlı oğlan hovuzda boğuldu

SOSİAL
13:11 22.09.2019
12746
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Şəmkir rayonunun Yeni Həyat kəndində 1 nəfərin naməlum şəraitdə su hovuzuna düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən su hovuzu boşaldılıb və orada aşkarlanan 2005-ci il təvəllüdlü Heydərov Fərid Sakit oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR