Azərbaycanda fəaliyyət göstərən şirkətin rəhbəri Trampdan ayrılır

Azərbaycanda fəaliyyət göstərən şirkətin rəhbəri Trampdan ayrılır
SOSİAL
11:15 03.02.2017
702
Azərbaycanda da xidmətlərindən geniş istifadə edilən dünyanın ən böyük onlayn taksi sifarişi xidməti "Uber"in rəhbərindən ABŞ-ın yeni prezidenti Donald Trampa gözlənilməz zərbə gəlib. "Uber"in qurucusu Trampın iqtisadi şurasından ayrılmaq qərarına gəlib. 

Şəxsi maşın sahiblərinin mobil tədbiq sayəsində taksiçilik fəaliyyəti ilə məşğul olmasına imkan yaradan "Uber" adlı şirkətin qurucusu və idarə heyyətinin rəhbəri Travis Kalanick özü bu barədə açıqlama verib. 

Kalanick "Uber" işçilərinə göndərdiyi məktubda Trampla bir araya gəldiyini, miqrant siyasəti haqqında danışdıqlarını bildirib, "strategiya və siyasət forumu" adlı müşavirə şurasından ayrılacağını qeyd edib. 

Onun sözlərinə görə, ABŞ prezidentinin müsəlman ölkələri ilə bağlı imzaladığı sərəncamı insanları incidib. "ABŞ-ın miqrantları yaxşı qarşılayan bir ölkə olmadığı qorxusu böyüməkdədir". 

 Travis Kalanick
Travis Kalanick

Donald Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarına qoyduğu giriş məhdudiyyəti haqqında qərarı böyük etiraz dalğasına səbəb olub. "Uber"də bu etirazların hədəflərindən birinə çevrilmişdi. 

Nyu Yorkun Con Kennedi hava limanı ərazisində ötən həftə Trampa qarşı keçirilən aksiyada "Nyu York taksi işçiləri birliyi" (NYTWA) etiraz əlaməti olaraq aeroportdan bir saat müştəri daşımayacaqlarını açıqlamışdı. Ancaq "Uber" "Twitter" hesabından eyni gün yaydığı açıqlamada hava limanında qiymətlərini dəyişmədən xidmət edəcəyini açıqlayıb. 

Bu açıqlamadan sonra sosial mediada "uberisil" aksiyası başlayıb. Nəticədə minlərlə "Uber" istifadəçisi tətbiqi mobil telefonlarından sildiyini elan edib. Şirkət xidmətlərindən imtina edən istifadəçilərə email yolu ilə məktub göndərərək narahatlıqlarını anladıqlarını deyib, qadağadan təsirlənən sürücülərə dəstək olacağına dair söz vermişdi. ​Hətta bunun üçün 3 milyon dollarlıq fond da yaradıb. 

Qeyd edək ki, "əmlak kralı" kimi tanınan milyarder Trampın "strategiya və siyasət forumu"nda "JPMorgan Chase", "General Electric", "Tesla", "General Motors", "Boeing", IBM və "Walt Disney" kimi Amerikanın nəhəng qurumlarının rəhbərləri yer alıb. Şura üzvlərinin prezidentin siyasətinin iqtisadiyyata təsiri haqqında ona məsləhətlər verməlidirlər. 

///İstiPress
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
22:45 23.05.2025
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
22:38 23.05.2025
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"-  Aygün Bəylərin bacısı
22:33 23.05.2025
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"- Aygün Bəylərin bacısı
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
22:31 23.05.2025
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
22:26 23.05.2025
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı
22:10 23.05.2025
Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi
22:00 23.05.2025
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi