Azərbaycanda “Formula 1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula 1” filminin qapalı nümayişi baş tutub
İDMAN
10:47 27.06.2025
158
"Dəniz Mall” ticarət mərkəzində yerləşən "CineMastercard” premium kinoteatrında Formula 1 yarışlarının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə "Formula 1” idman dramının premyeradan öncə nümayişi keçirilib.

AZXEBER.COM xəbər verir ki, filmin rejissoru "Top Qan: Meverik” və "Cəsurlar işi” kimi işləri ilə tanınan Cozef Kosinskidir. Baş rolları Hollivud ulduzları Bred Pitt, Demson İdris və Xavyer Bardem canlandırıblar. Filmdə həmçinin hazırda yarışan Formula 1 pilotları da iştirak ediblər. Layihənin prodüserlərindən biri yeddiqat dünya çempionu Lyuis Hemiltondur.

Çəkilişlər 2023-cü ildə başlayıb və real traslarda aparılıb. Bu film üçün xüsusi avtomobillər hazırlanıb. Onlara kamera, qeydiyyat qurğuları, akkumulyatorlar və ötürücülər də daxil olmaqla on beş dayaqlı sistem quraşdırılıb. Uydurma APXGP komandası öz pit stop zonası, komanda körpüsü ilə təmin olunub, film üçün hazırlanmış yarış avtomobilləri isə yarışlardan əvvəl start düzülüşünün sonunda yerləşdirilib. Üç ay ərzində yürüşlərə hazırlaşan aktyorlar bolidlərin içində əyləşiblər.

Filmin süjeti APXGP komandası ətrafında qurulub. Ağır qəzadan sonra avtoidmandan uzaqlaşmış əfsanəvi pilot Sonni Heys (Bred Pittin ifasında) traslara qayıdır ki, komandanın ikinci pilotu və gənc, istedadlı pilot Coşua Pirsin (Demson İdrisin ifasında) mentoruna çevrilsin.

Qapalı nümayişdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilatların rəhbərləri, həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin qonaqları iştirak ediblər.

Gecə "Formula-1” filminin birgə izlənməsi ilə yekunlaşdı.

Tamaşaçılar ilin ən çox gözlənilən filmini "CineMastercard” kinoteatrlar şəbəkəsində 3 dildə: rus, ingilis və türk dillərində izləyə biləcəklər. Həmçinin "CineMastercard” kinoteatrı "Formula 1” filmini ən son texnologiyalar olan 4DX və ScreenX formatlarında izləmə imkanını təqdim edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb