Azərbaycanda foto sayt fəaliyyətə başladı

MARAQLI
16:34 01.10.2012
1832
Azərbaycanın ən böyük foto arxivi olacağı gözlənilən sayt artıq hazırdır. 
AZXEBER.COM-un məlumatına görə, www.azerbaijanphoto.com ünvanlı yeni sayt ölkəmizin ayrı-ayrı bölgələrini, nadir təbiət lövhələrini dünyaya tanıtdırmaq və ölkəmizin zəngin elektron foto arxivini yaratmaq məqsədi ilə ərsəyə gətirilib.
Saytın foto bazasında ölkənin kənd, şəhər və qəsəbəsini əks etdirən yüz mindən çox foto yerləşdirilib.
Fotolar rayonlar üzrə təsnif edilib. Bölmələrin hər biri kəndlər üzrə linklərə bölünüb və əlifba sırası ilə təqdim olunub ki, bu da saytdan istifadəni asanılaşdırır. 
Bundan başqa, bir çox tarixi yerlərin foto görüntülərində 7 dildə altyazıların verilməsi saytın üstün cəhətlərindən biri kimi qeyd edilə bilər.
Qeyd edək ki, azerbaijans.com saytının kollektivinin ərsəyə gətirdiyi foto resursda eyni zamanda bölgələrin füsünkar təbiətini və tarixini özündə əks etdirən video çarxlar da yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR