Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb: Xəsarət alanlar var

Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb: Xəsarət alanlar var
SOSİAL
13:55 07.03.2023
369

Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, xəsarət alanlar var.

Peşəkar Futbol Liqasından (PFL) verilən məlumata görə, hadisə bu gün "Mingəçevir” futbol komandası I Divizionun XX turu çərçivəsində "Şamaxı-2” ilə səfər oyununa gedərkən baş verib.

Komandanı aparan avtomobil yolda qəzaya uğrayıb. Son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan "Şamaxı-2” – "Mingəçevir” görüşü təxirə salınıb.

OXŞAR XƏBƏRLƏR