Azərbaycanda futbolçular arasında kütləvi dava

Azərbaycanda futbolçular arasında kütləvi dava
SOSİAL
17:43 02.03.2017
800

 

Azərbaycan çempionatının 17 yaşadək futbolçuları arasında  "Zirə" - "Neftçi" matçında dava düşüb. 

Kütləvi insidentin səbəbkarları "Zidə"dən Ramil Məmmədbağırov, "Neftçi"dən isə Mehman Mənsimov olub.

Onlar oyun başa çatdıqdan sonra dava-dalaşda iştirak ediblər. AFFA İntizam Komitəsi hər iki futbolçunu 5 oyun cəzalandırıb. "Zirə" və "Neftçi" klublarına xəbardarlıq olunub, bu halın yenidən baş verəcəyi təqdirdə hər iki klubu daha ciddi sanksiyalar gözləyir.

 

Qeyd edək ki, daha bir cəza 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan "Zirə"nin futbolçusu Murad Məmmədova verilib. O, növbəti qarşılaşmanı buraxmalı olacaq.


///report
OXŞAR XƏBƏRLƏR