Azərbaycanda gələn il sosial sahəyə 3 milyard 565 milyon manat ayrılıb

İQTİSADİYYAT
10:00 27.10.2021
257
Gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat sahələrinə ayırılan vəsaitin məbləği açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Layihəyə əsasən, sosial müdafiə və sosial təminat sahələrinə 3 565 794 062,0 manat vəsait ayırılıb.

Bunlardan 310 043 606,0 manat sosial müdafiəyə, 5 243 653,0 manat isə sosial təminata xərclənəcək.
OXŞAR XƏBƏRLƏR