Azərbaycanda gəlin 73 yaşlı qayınatasını döydü

SOSİAL
14:30 24.04.2020
1794
Oğuzda gəlin 73 yaşlı qayınatasına xəsarət yetirib.

Bu gün səhər saatlarında Oğuz rayon Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə şəhərin Şıxəli Qurbanov küçəsində yaşayan 1947-ci il təvəllüdlü İsgəndər Ağayev daxil olub. 

Müayinə zamanı yaşlı kişiyə başın digər nahiyyələrinin açıq yaraları və əlin sıyrıqları diaqnozu qoyulub. 

Araşdırma zamanı İ.Ağayev bildirib ki, ailə münaqişəsi zamanı gəlini tərəfindən döyülüb.
 
////Report

OXŞAR XƏBƏRLƏR