Azərbaycanda gəlin qayınanasını ağac parçası ilə döydü

Azərbaycanda gəlin qayınanasını ağac parçası ilə döydü
SOSİAL
15:37 05.05.2023
306
Quba rayonunda 1986-cı il təvəllüdlü Aynurə ailə münaqişəsi zəminində qayınanası Lətifəyə (adlar şərti verilib - red.) xəsarət yetirib. 

AZXEBER.COM xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 25-də baş verib. 

Aynurə həmin gün saat 21 radələrində yaşadığı evin həyətində ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qayınanasını itələyərək ağac parçası ilə qolundan, yumruqla kürəyindən vurub. 

İstintaq orqanı tərəfindən Aynurənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aynurə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, yanvarın 25-də həyətdə doğranılmış odunun yığılması ilə bağlı qayınanası ilə aralarında mübahisə yaranıb: 

"Həmin vaxt qayınanam məni söydüyü üçün yumruqla onu vurdum”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Aynurə aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. 
OXŞAR XƏBƏRLƏR