Azərbaycanda gənc narkotikadan öldü

Azərbaycanda gənc narkotikadan öldü
SOSİAL
16:51 24.09.2019
3926
Sumqayıt sakini yüksək dozalı narkotikin təsirindən ölüb.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki,  şəhər sakini, 24 yaşlı Qarabəyli Valeh Vidadi oğlunun meyiti Sumqayıtdakı zavodlardan birinin sanitar qovşağında aşkar edilib.

İlkin ehtimala görə, o, yüksək dozada narkotikin təsirindən ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR