Azərbaycanda gizli nişan mərasimi keçirənlər cərimələndi

SOSİAL
10:17 06.08.2020
660
Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Təyyarə meydanı adlanan ərazisində yaşayan İ.Əlizadənin xüsusi karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına nişan mərasimi keçirməsi barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər.

Məclisin təşkilatçısı və orada iştirak edən 4 nəfər Rayon Polis Şöbəsinə dəvət edilib. Şöbədə və onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

OXŞAR XƏBƏRLƏR

X Mostbet