Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisində - FOTO

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisində - FOTO
SOSİAL
13:21 18.07.2026
560
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib.

AZXEBER.COM xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII–XX əsrlərə aid nadir tarixi xalçalar, eləcə də ənənəvi tekstil nümunələri, milli geyimlər, zərgərlik məmulatları, xalça eskizləri və müasir incəsənət əsərləri nümayiş etdirilir.

İyunun 25-dən açılan ekspozisiyada ziyarətçilər Qarabağ, Şirvan, Bakı və digər tarixi bölgələrin incə nəbati və həndəsi ornamentləri, həmçinin yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilən özünəməxsus xalçaçılıq ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Sərgidə Xalq rəssamları Lətif Kərimov və Eldar Mikayılzadənin əsərləri və xalça eskizləri, həmçinin rəssam CHINGIZ-in müasir bədii axtarışlarını əks etdirən işləri, multidissiplinar rəssam Mədinə Qasımovanın material, yaddaş və vizual strukturun kəsişməsində formalaşan yaradıcılığı təqdim olunub.

Sərginin əsas konseptual xətti ənənəvi ornamental dilin müasir bədii ifadə formasına transformasiyasıdır. Burada tarixi xalçalar müasir incəsənət nümunələri ilə birlikdə təqdim olunaraq Azərbaycan tekstil ənənələrinin zamanlararası aktuallığını, estetik gücünü və mədəni əhəmiyyətini ön plana çıxarır.

Azərbaycanın ən mühüm bədii irs nümunələrindən olan xalçaçılıq sənətini əks etdirən nadir eksponatların nümayişi ziyarətçilərdə bu zəngin mədəni irs haqqında dolğun və yaddaqalan təəssürat yaradır.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, Macarıstan Etnoqrafiya Muzeyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi iyulun 26-dək davam edəcək.








OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
19:56 27.10.2026
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
19:53 27.10.2026
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
19:37 27.10.2026
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Tokayev Türkiyəyə gedir
19:24 27.10.2026
Tokayev Türkiyəyə gedir
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
19:11 27.10.2026
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı