Sosial şəbəkələrdə gömrük əməkdaşlarının vətəndaşlara qarşı kobudluğunu sübut edən növbəti video yayılıb.
AZXEBER.COM xəbər verir ki, görüntülərdə 'Sınıq körpü'' gömrük keçid məntəqəsinin əməkdaşının mübahisə etdiyi qadını yumruqlayaraq uzaqlaşdırdığı lentə alınıb.
Qeyd edək ki, bir neçə gün əvvəl də 'Sınıq körpü'' gömrük keçid məntəqəsində gömrük əməkdaşı vətəndaşlarla kobud davranaraq onların çamadanlarını yerə atmışdı. Videonun yayımlanmasından sonra gömrük işçisi Kamal Nəzərov vəzifəsindən uzaqlaşdırılmışdı.