Sabunçuda minik avtomobili yük avtomobilinə çırpılıb, ölən var

Sabunçuda minik avtomobili yük avtomobilinə çırpılıb, ölən var
SOSİAL
09:24 30.10.2026
121
Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb.

AZXEBER.COM xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Nəcəfzadə Bahəddin Əfqan oğlu idarə etdiyi "Lada Granta" markalı avtomobil ilə Seyidov Şamo Hüseynağa oğlunun idarə etdiyi "Man " markalı yük avtomobilin yarımqoşqusuna dəyib.

Sürücü B.Nəcəfzadə Neyrocərahiyyə klinikasına aparılıb, lakin onun həyatını xilas eləmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR