Gədəbəy rayonunda zəlzələ olub. Zəlzələ yerli vaxtla saat 22:42-də baş verib.
Azxeber.com xəbər verir ki, rayon sakinlərinin verdiyi xəbərə görə bir neçə saniyə ərzində olan silkələnmə onları təlaşa salıb.
Dağıntı barədə hələlik məlumat yoxdu.
Qeyd edək ki zəlzələ Şimal-Qərb və Qərb rayonlarında da hiss olunub.