Azərbaycanda hazırlıqdan gələrkən qaçırılan qız tapıldı

Azərbaycanda hazırlıqdan gələrkən qaçırılan qız tapıldı
SOSİAL
13:47 10.03.2023
187
Masallıda qaçırılan qız tapılıb.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə Masallı rayonunun Ərkivan qəsəbə sakini 2005-ci il təvəllüdlü S.Tağıyevanın repetitor yanından evə qayıdarkən kənd yolunda naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması barədə xəbərlər yayılıb. Qızın qaçırılması barədə dərhal Masallı Rayon Polis Şöbəsi və aidiyyəti qurumlar məlumatlandırılıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, həmin müraciətlə əlaqədar keçirilən müvafiq tədbirlər nəticəsində qızın yeri müəyyən olunub və gətirilərək ailəsinə təhvil verilib.


Hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
OXŞAR XƏBƏRLƏR