Azərbaycanda həbs edilmiş 4 İran vətəndaşı ölkələrinə təhvil verildi

Azərbaycanda həbs edilmiş 4 İran vətəndaşı ölkələrinə təhvil verildi
SOSİAL
12:27 18.10.2025
95
Azərbaycanda həbsdə saxlanılan 4 İran vətəndaşı ölkələrinə ekstradisiya olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə İranın insan hüquqları və beynəlxalq münasibətlər nazirinin köməkçisi Asker Celalian "Mehr” agentliyinə açıqlamasında deyib.
 
O bildirib ki, İrana aparılan məhbuslar Gilan əyalətindəki cəzaçəkmə müəssisəsinə yerləşdiriliblər.

İran rəsmisinin sözlərinə görə, Azərbaycanla ölkəsi arasında məhbus mübadiləsi 3 il idi ki, siyasi gərginlik səbəbindən baş tutmurdu və uzun müddətdən sonra bu proseslər aktivləşdirilib.

\"Qafqazinfo”
OXŞAR XƏBƏRLƏR