Şəkidə həbsdə olan şəxs vəfat edib.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, Şəki Penitensiar Müəssisəsinin Ümumi Ağır rejimli korpusunda saxlanılan Balakən rayon sakini, 1976-cı il təvəllüdlü Qardaşov Rəşad Rafiq oğlu noyabrın 3-də səhhətinin pisləşməsi ilə əlaqədar müəssisənin Tibb Hissəsinə müraciət edib.
Daha sonra o, həkim otağında olarkən qəfləti vəfat edib.
Kamera yoldaşlarının sözlərinə görə, mərhum son vaxtlar ürək nahiyəsində olan ağrılardan şikayət edirmiş.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
R.Qardaşov qanunsuz olaraq külli miqdarda narkotik saxlamada təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 may 2020-ci ildən həbsdə saxlanılırdı.