Azərbaycanda həbsdə olan tanınmış müğənni azadlığa buraxılıb? - VİDEO

MAQAZİN
12:50 30.11.2012
4508
Vüsal Əliyev azadlığa buraxılıb?
AZXEBER.COM-un məlumatına görə, onun yaxın dostu mətbuata açıqlama verərək Vüsalın onun zənglərinə cavab vermədiyini söyləyib:
“Mən də uzun müddətdir ki, onunla danışa bilmirəm. Zənglərimə cavab vermir. Heç kimlə əlaqə saxlamır. Buna səbəb isə Vüsalın bir çox insanlara borcu olmasıdır”.
Maraqlı olan məqam isə, müğənninin sentyabrın 11-də Xətai rayon polis idarəsinə gələrək təslim olması olub. Yəni, hazırda müğənni həbsdə olmalı idi. Ancaq görünür ki, Vüsal Əliyev artıq azadlığa buraxılıb. Hətta onun "Youtube"da açıqlaması da yayılıb. O bu açıqlamada həbs olunmasının səbəbləri də izah edib. 
Qeyd edək ki, V.Əliyev Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub və bu ilin sentyabr tarixində həbs edilib.

OXŞAR XƏBƏRLƏR