"Azərbaycanda heç kim cinayət əməli olmadan həbs edilmir” -Elman Nəsirov

"Azərbaycanda heç kim cinayət əməli olmadan həbs edilmir” -Elman Nəsirov
SİYASƏT
14:11 05.12.2025
717
Qərb təşkilatları və bəzi beynəlxalq media qurumları Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsinə münasibət bildirərək Azərbaycanı qınayır. Onların açıqlamalarında prosesin şəffaflığı, hüquqi prosedurların təmin olunması və siyasi fəallara qarşı tədbirlərin beynəlxalq öhdəliklərlə uzlaşması məsələləri önə çəkilib. Eyni zamanda insan haqları təşkilatlarından olan və hər zaman Azərbaycana qarşı hər zaman düşmən mövqede olan "Amnesty İnternational" AXCP sədri Əli Kərimlinin həbsini Azərbaycanda avtoritar praktikanın möhkəmlənməsi prosesində növbəti "qanunsuzluq" adlandırıb.

Bu reaksiyalar bir daha Qərbin Azərbaycana qarşı münasibətdə riyakar yanaşma sərgilədiyini, siyasi proseslərə selektiv şəkildə müdaxilə etməyə çalışdığını göstərir. Başqa ölkələrə münasibət göstərməyən qurumların məhz Azərbaycanla bağlı dərhal mövqe ortaya qoyması obyektivliklə uzlaşmır. Rəsmi Bakı isə Əli Kərimli ilə bağlı prosesin tam hüquqi çərçivədə aparıldığını bildirir. 

Milli Məclisin deputatı Elman Nəsirov AZXEBER.COM-a bildirib ki, bu kimi hadisələr bizi qətiyyən təəccübləndirmir:

"Biz bunun niyə baş verdiyini yaxşı bilirik. Əli Kərimlidən Azərbaycan dövlətinə qarşı istifadə edən qüvvələr və onların təsiri altında olan mətbu orqanlar təbii ki, bu hadisəyə biganə qalmayacaqdılar. Əli Kərimlinin xeyrinə müəyyən mövqelər ortaya qoya bilərlər. Burada təəccüblü heç nə yoxdur. Onların istifadə etdikləri "alət”in fəaliyyətinin məhdudlaşdırılması onların maraqlarına uyğun gəlmir. Buna görə də bütün bunlar gözləniləndir”.

Deputat deyib ki, beynəlxalq hüququn ölkələrin daxili işlərinə qarışmama prinsipi mövcuddur: 

"Beynəlxalq hüququn ölkələrin daxili işlərinə qarışmama prinsipi var. Bu, bizim daxili işimizdir və nəzərə alsaq ki, Əli Kərimli konkret cinayət əməlində şübhəli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci  (hakimiyyətin zorla ələ keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu, çox ağır ittihamdır. İstintaqın əlində ciddi dəlillər və sübutlar olmasaydı, belə bir maddə ilə Əli Kərimli ittiham edilməzdi. Əli Kərimlinin anti-Azərbaycan fəaliyyəti ilə məşhur olan müəyyən dairələrlə, o cümlədən dövlət çevrilişinə cəhd ittihamı ilə mühakimə olunan Ramiz Mehdiyevlə əlaqələrinə dair çoxsaylı faktlar, arqumentlər və təkzibedilməz dəlillər ortaya çıxıb və bu ciddi ittihamlar da davam edir”.

Parlamentari qeyd edib ki, başqa ölkələr belə hadisələrlə bağlı hansı addım atardısa, biz də onu etmişik:

"Bu cür vəziyyət hər hansı ölkədə baş versəydi, həmin dövlətin hüquq-mühafizə orqanları hansı addımı atardı? Biz hüquqi dövlətik və hüquqi çərçivədə öz addımlarımızı atır, onları zəruri şəkildə araşdırırıq. Bizə qarşı bəzi Qərb təşkilatlarının və media qurumlarının mövqeyi bizim üçün heç bir məna və əhəmiyyət kəsb etmir. Gedib öz işləri ilə məşğul olsunlar. Bu gün Avropa İttifaqının, Avropa Parlamentinin vitse-prezidentləri və ya ali komissarları səviyyəsində rüşvət və korrupsiya ilə bağlı ortaya çıxan faktlar göz qabağındadır. Gedsinlər, onlardan yazsınlar, onlarla məşğul olsunlar. Azərbaycanın daxili işinə qarışmasınlar. Arxayın olsunlar ki, Azərbaycanda heç kim cinayət əməli olmadan həbs edilmir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq