Prezident İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.