Azərbaycanda hər kəs bu xəstəliyə tutula bilər - Təhlükə haqqında BİLMƏDİKLƏRİNİZ - VİDEO

Azərbaycanda hər kəs bu xəstəliyə tutula bilər - Təhlükə haqqında BİLMƏDİKLƏRİNİZ - VİDEO
TOP4
13:42 01.12.2017
9169

Feboloq-cərrah İsmayıl Əsgərov

Ayaqlar müxtəlif səbəblərdən ağrıya bilər. İnsan uzun müddət ayaq üstə qaldıqda, gəzdikdə, fiziki işlə məşğul olduqda ayaqlar yüklənməyə məruz qalır, ağrılar yaranır. Dincələndə isə ağrılar keçir. Amma ayaqlar heç bir fiziki yükləmə olmadan da ağrıya bilər. Bu isə hər hansı bir xəstəliyin göstəricisidir. Çünki hər bir insan bu əlamətləri bilməli və zərurət yarandıqda vaxt itirmədən həkimə müraciət etməlidir.

Beləliklə, ayaqlarda ağrıların və narahatçılığın çox rast gəlinən səbəbləri:

- Varikoz xəstəliyi, başqa sözlə vena damarının genişlənməsi. Xəstəlik, qadınlar arasında çox geniş yayılmışdır. Başlanğıc dövrdə, adətən, kosmetik narahatlıq şəkilində kiçik kapilyarlar, qıvrılmış şişkin damarlar olaraq təzahür edir. İrəliləyən zamanlarda isə ayaqda ağrı, şişkinlik, qıcolma, dartılma hissi, dəridə qaşınma, qaralma, trofiki xoranın yaranmasına qədər fəsadlaşa bilir. Tez-tez varikoz damarın "partlaması" , qanaxma və tromblaşma kimi ağırlaşmalar baş verir. Bəs bunlara səbəb olan varikoz xəstəliyi nədir? Əsasən genetik amilə bağlı olaraq, ayaqlardan "çirkli" qanı daşıyan vena damarları genişlənir, öz işinin öhdəsindən gələ bilmir. Nəticədə venoz qanın axması pozulur, vena damarlarında təzyiq artır, durğunluq yaranır. Bu səbəbdən insanlar ayaqlarında ağırlıq, dartıcı ağrılar hiss edir.

Nə etmək lazımdır? Fleboloq-cərraha müraciət edin, damarların USM-dən (dopler müayinə) keçin. Damarların vəziyyətindən asılı olaraq həkim müalicə təyin edəcək.

- Tromboflebit. Venoz qanın durğunluğu damarda trombun yaranmasına səbəb ola bilər. Tromboflebit xəstə ayaqda kəskin ağrı və yandırma hissi ilə müşayiət olunur. Ayaq qızarır və ödemləşir. Damarlar bərkiyir və çox ağrılı olur. Bədən hərarəti yüksələ bilər. Təhlükəli xəstəlikdir.

Nə etmək lazımdır? Vaxt itirmədən fleboloq-cərraha müraciət etmək lazımdı, doppler və qan analizi vermək lazımdır.

- Şəkərli diabet. Bu xəstəlikdən əziyyət çəkən insanlarda ayaqlarda ağrı və ağırlıq olur, gecə ayaqlarda tez-tez qıcolmalar baş verir. Ayaqlar ödemləşir, onlarda keyimə və sancma hissi olur. Pəncənin dərisi quru olur, qabıq verir.

Nə etmək lazımdır? Qanda şəkərin səviyyəsini təyin etmək üçün analiz vermək, endokrinoloq və diabetik ayaq üzrə mütəxəssisin müayinəsindən keçmək lazımdır.

- Ateroskleroz. Bu zaman ağrıların səbəbi qan damarların divarlarının bərkiməsi (normada onlar elastik olurlar), arteriyanın daralması, damarın daxilində aterosklerotik yığıntıların olmasıdır. Ayağa gələn qan axının azalması nəticəsində toxumaların qidalanması pozulur. Nəticədə ayaq soyuq olur, keyiyir, ağrılar yaranır, hətta qanqrena ilə ağırlaşa bilər.

- Bunlardan başqa ağır fiziki işlə məşğul olan artıq çəkili, yaşlı insanlarda tez-tez əzələ, sinir, oynaq ağrıları qeyd edilir. Adətən bu ağrılar yayılmış xarakterli olur, bütün ətraf boyu müşahidə edilir. Bədənin vəziyyətindən asılı olmadan ağrılar davamlı olur. Nə etmək lazımdır? Nevroloq, fizioterapevt və müvafiq digər ixtisas həkimlərinə müraciət etmək lazım gəlir.

Unutmayın erkən dövrdə müraciət, müalicənin və uğurlu nəticənin yarısı deməkdir.


Feboloq-cərrah İsmayıl Əsgərovla əlaqə: 050-686-98-86

İnstagram: dr_ismayıl_esgerov

 

 

 


 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
01:35 20.04.2026
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
00:27 20.04.2026
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
23:51 19.04.2026
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
23:44 19.04.2026
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
23:26 19.04.2026
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
23:18 19.04.2026
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
22:58 19.04.2026
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO