12:22
Azərbaycanda qəzaya uğrayan hərbi vertolyot Müdafiə Nazirliyinə məxsusdur.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Məlumata görə, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus vertolyot Kürdəmir rayonuna uçurmuş. Vertolyotda 3 nəfər olub. Onların üçünün də öldüyü ehtimal olunur. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə baş verən ərazidə axtarışlar aparır.
11:52 Qaradağ Rayon Polis İdarəsindən Trend-ə hərbi helikopterin qəzaya uğraması faktını təsdiqləyiblər. Qəzaya uğramış helikopterin mülki olması barədə məlumat Azərbaycanda fəaliyyət göstərən mülki helikopterlərin istismarçılarından (ARDNŞ, SW Helicopter Services) heç biri tərəfindən təsdiqlənməyib. BP şirkəti ümumiyyətlə personalın daşınması üçün helikopterlərdən istifadə etmir, onlar platformalara gəmilər vasitəsilə çatdırılırlar. Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə 4 təcili yardım maşını gedib. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, qəzaya uğrayan hərbi vertolyotun bu quruma aidiyyatı yoxdur.
11:39
Azərbaycanda hərbi vertolyot qəzaya uğrayıb.
APA-nın məlumatına görə, hadisə bu gün baş verib. Hərbi Hava Qüvvələrinə məxsus vertolyot Xəzərə düşüb.
Hadisənin təfərrüatları araşdırılır.