Azərbaycanda həyətdə oynayan 4 yaşlı uşağı ilan sancdı

Azərbaycanda həyətdə oynayan 4 yaşlı uşağı ilan sancdı
SOSİAL
15:28 04.05.2020
1792
Kürdəmir rayonunda azyaşlı uşağı ilan sancıb.

Hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 4 yaşlı Əhmədova Nur Rəvan qızı həyətyani sahədə oynayarkən onu ilan sancıb. Yaxınlarının köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Azyaşlıya ilan zəhəri əleyhinə zərdab vurulub.

Fakt araşdırılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR