Azərbaycanda hoteldə əxlaqsızlıq yuvası aşkarlandı

Azərbaycanda hoteldə əxlaqsızlıq yuvası aşkarlandı
SOSİAL
11:35 03.12.2022
3311
Ağstafada hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan ilkin yoxlama hərəkətləri ilə əlaqədar keçirilən baxış zamanı Ağstafa şəhərində yerləşən "Təbriz" hotelinin 1-ci mərtəbəsində yerləşən otaqda əxlaqsızlıq yuvasının təşkil olunması müəyyən edilib.

Faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 244.1-ci (əxlaqsızlıq yuvaları saxlama, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR