Azərbaycanda idarəetməni itirən sürücü “Niva” ilə qəza törətdi - ANBAAN VİDEO

Azərbaycanda idarəetməni itirən sürücü “Niva” ilə qəza törətdi - ANBAAN VİDEO
SOSİAL
16:20 05.01.2022
333
İmişlidə baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

İmişlinin mərkəzində VAZ-2121 markalı avtomobil idarəetməni itirərək yolayırıcı bordürün üzərinə çıxıb. İlkin məlumatlara görə, hadisə nəticəsində ölən olmayıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən görüntülər yanvar ayının 2-də İmişli rayonunda mərkəzi küçələrin birində baş verən qəzaya aiddir:

"Sürücü F.Əhmədli idarə etdiyi "Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil arakəsmələrə dəyib. Hadisə zamanı xəsarət alan olmayıb. Sürücü barəsində İmişli RPŞ-nin DYP bölməsinin əməkdaşları tərəfindən İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib olunub və F.Əhmədli inzibati qaydada məsuliyyətə cəlb edilib”.
 

OXŞAR XƏBƏRLƏR