“Azərbaycanda iki adama "ata" demişəm”: Fəxrəddin Manafov

“Azərbaycanda iki adama "ata" demişəm”: Fəxrəddin Manafov
SOSİAL
23:57 18.05.2019
8419
Azərbaycanın xalq artisti Fəxrəddin Manafov ilk dəfə etiraf edib ki, Azərbaycanda iki aktyoru özünə çox doğma bildiyi üçün onlara "ata" deyib.

AZXEBER.COM Sputnik Azərbaycan-a istinadən bildirir ki, Bakı Kitab Mərkəzində xalq artisti Rasim Balayevin pərəstişkarları ilə görüşü olub. Gecəyə tamaşaçılarla yanaşı ölkəmizin bir sıra tanınmış sənət adamları da qatılıb. Görüş zamanı çıxış edən xalq artisti Fəxrəddin Manafov deyib: "Tamaşaçılar qarşısında ilk dəfə etiraf edirəm ki, Azərbaycanda iki adama "ata" sözü ilə müraciət etmişəm. Onlardan biri mərhum aktyorumuz Fuad Poladov, digəri isə Rasim Balayevdir".

Manafov rejissor və kinoşünas Ayaz Salayevin onlarla bağlı vaxtilə planlaşdırdığı bir layihədən də bəhs edib.

"Rasim Balayev elə ucalıqdadır ki, ona sadəcə toxunmaq mümkün deyil. Ayaz Salayevin bir layihəsi vardı. O, istəyirdi ki, orada həm məni, həm Rasim Balayevi, həm də təəssüf ki, artıq həyatdan köçmüş Fuad Poladovu çəksin. Hətta ssenari də başa çatmışdı. Ola bilsin, Ayaz Salayev bu dəfə bizim ikimizi hansısa filmdə çəkmək barədə düşünəcək", - deyə Manafov bildirib.

Azərbaycanın əməkdar incəsənət xadimi Ayaz Salayev Sputnik Azərbaycan-a açıqlamasında Manafovun dediklərini şərh edib: "Belə bir ideyam var idi. Lakin böyük aktyorumuz Fuad Poladovun dünyasını dəyişməsi mənim bu planlarımı alt-üst elədi. Əslində, ortada heç ssenari də yox idi. Sadəcə, mənim belə bir arzum var idi ki, 3 böyük aktyoru bir filmə çəkim".

Ayaz Salayev onu da bildirib ki, gələcəkdə Rasim Balayevlə Fəxrəddin Manafovu birgə filmə çəkməyi çox istəyərdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
21:06 25.06.2025
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
Asteroid Ayla toqquşacaq
20:53 25.06.2025
Asteroid Ayla toqquşacaq
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!