Lənkəranda yolu keçən şəhər sakinlərini avtomobil vurub
Azərbaycanda “VAZ-2106” markalı avtomobil iki baçını vurub. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 8-də saat 08.00 radələrində Lənkəran şəhərinin ərazisində avtomobil yolu keçən şəhər sakinləri Ülkər Axundova və onun bacısı Minənı vurub. Nəticədə bacılar aldıqları xəsarətlə xəstəxanaya yerləşdiriliblər
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2106” markalı avtomaşının sürücüsü, şəhər sakini Təvəkkül İbadzadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır