Azərbaycanda iki rayonda yanğın - Qüvvələr cəlb olundu

SOSİAL
10:00 17.12.2024
208
Ağdaş rayonunun Cüvə kəndində ümumi sahəsi 162 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Sabirabad rayonunun Bulduq kəndində də ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR