Azərbaycanda ilk dəfə “Süni intellekt əsrində tibb hüququ” adlı Beynəlxalq Tibb Hüququ Konfransı keçirildi

Azərbaycanda ilk dəfə “Süni intellekt əsrində tibb hüququ” adlı Beynəlxalq Tibb Hüququ Konfransı keçirildi
SOSİAL
14:37 03.06.2022
837
İNJURİA hüquq jurnalı və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə 1-2 iyun 2022-ci il tarixlərində Akad. C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, "A group” sığorta şirkətinin və "Cafecity” restoranlar şəbəkəsinin əməkdaşlığı ilə təşkil olunan "Süni intellekt əsrində tibb hüququ’’ adlı beynəlxalq tibb hüququ konfransı keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, konfransda Türkiyədən gələn beynəlxalq mediator Deniz Kite, Azərbaycan, Türkiyə və Pakistan Vəkillər Kollegiyasının üzvü Aygün Əliyeva, Türkiyəli vəkil Necip Şenel, Buse Koç kimi hüquqşünaslar və qonaqlarla birlikdə 140 nəfərdən çox iştirakçı və 25 nəfərdən çox spikerin iştirakı ilə "Holiday İnn Baku” Otelində təşkil edildi. 

Tədbirin açılışında millət vəkilləri, deputatlar, eyni zamanda İNJURİA Hüquq jurnalının baş redaktoru Kəmalə Məmmədova və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə Tibb Hüququnun ölkəmizdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamış, bu kimi tədbirlərin keçirilməsinin zəruri olduğu qeyd olunmuşdur. Həmçinin tədbirin açılışında akad. C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi katibi Təranə Cavadova Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar barədə danışdı. İnstitutun fəaliyyyəti haqqında danışan t.ü.f.d T. Cavadova qeyd edib ki, tibb müəssisəsində pasiyentlərin sağlamlığının qorunması və tibb heyətinin fəaliyyətinin hüquqi cəhətdən tənzimlənir, eyni zamanda institutda hüquqşunasın fəaliyyət göstərməsi bunu bir daha sübut edir. Vurğulanıb ki rəhbərlik bu sahənin inkişafına böyük önəm verir.

Spikerlər 7 sessiyada tibb hüququnun yaranması, onun inkişaf etdirilməsi yönündə addımlar atmağın vacibliyini əsas tutaraq aşağıdakı məsələlərə aydınlıq gətirdilər:

1. Süni İntellekt Əsrində Tibb Hüququ - Süni İntellekt Səhiyyədə-İnsan Hüquqları kontekstində;

2. Həkim səhvləri - Hüquqi nəticələr - Müdafiə metodları;

3. Səhiyyə sferasında tibbi fəaliyyətin keyfiyyət və təhlükəsizliyinin ekspert və hüquqi qiymətləndirilməsi;

4. Həkim səhvlərinin həllində Mediasiya;

5. Tibb hüququ: Düzgün tibbi müdaxilə. Hüquqi fakt kimi malpraktis və komplikasion;

6. Tibbi qeydlərin aparılması öhdəliyi: Təhlükəsizlik, məxfilik və tibbi səhvlər baxımından qiymətləndirmə;

7. Həkim xətaları və cinayətləri, həll problemləri: Səhiyyə sferasında həkim səhvləri, Pandemiya Kontekstində həkim sirri, Ev şəraitində şiddətin psixoloji təsirləri və fəsadları, Həkimlərin robotik əməliyyatlarda məsuliyyəti;

8. Məhkəmə Tibbi Ekspertiza Praktikası, müasir məhkəmə təcrübəsinin kəskin sualları;

9. Tibbi Təşkilat daxilində daxili təhlükəsizlik sistemi: Tibb Hüququ: yaranması, problemləri, inkişaf perspektivləri;

10. Orqanların bağışlanması və bu məsələnin qanuni tənzimlənməsi. Orqan donorluğu və transplantasiyası sahəsində donor və resipiyentin hüquqları; 

11. Estetik Tibb Sferasında mülki-hüquqi tənzimləmə, Dermo-kosmetologiyada kompresion - işemik sindromun ağırlaşmaları, həkim və pasiyent münasibətləri, Pasiyent təhlükəsizliyi və hüquqları;

12. Surroqat Analıq; AR-nın Ailə Məcəlləsində surroqat ananın yeri, Beynəlxalq hüquqda Surroqat Analıq.

13. İnsanların və vətəndaşların qanuni maraqlarının qorunması və qanunların reallaşdırılması kontekstində tibb hüququ; 

14. Həkimlərin öhdəlikləri, məlumatlandırılmış razılıq, pasiyent hüquqları, İnsanların və vətəndaşların qanuni maraqlarının qorunması və qanunların reallaşdırılması kontekstində tibb hüququ, Tibbi xidmətlərdən istifadə zamanı istehlakçı hüquqları, Ağıllı Tibb Mərkəzlərinin qurulması və məlumat təhlükəsizlik mexanizmi, İnsan hüquqları kontekstində tibb hüququ və bioetika

15. Tibb və cəmiyyət, həkim və jurnalist: həkimlərin, pasientlərin və KİV-in qarşılıqlı sosial əlaqələri, Media və Səhiyyə əlaqələri;

16. Tibbi yardım zamanı dərman ləvazimatlarının təmin edilməsində hüquqi və iqtisadi problemlər;

Konfransın yekun hissəsində tibb hüququnun inkişafı və bunun üçün yalnız Azərbaycanda deyil, beynəlxalq səviyyədə bu mexanizmlərin aktivləşdirilməsi, həkim və pasiyentlər arasında yaranan bağın daha da möhkəmləndirilməsi və qarşılıqlı hörmət prinsipinin vacibliyi bir daha vurğulandı. İnsanların tibb hüququ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarlara və qeyd olunan məqamlara əməl etməli olduğu xatırladıldı.
 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”