Azərbaycanda ilk dəfə süni ürək köçürülməsi əməliyyatı uğurla həyata keçirilib

Azərbaycanda ilk dəfə süni ürək köçürülməsi əməliyyatı uğurla həyata keçirilib
SAĞLAMLIQ
14:12 21.01.2013
4121
Azərbaycanda ilk dəfə süni ürək köçürülməsi əməliyyatı uğurla həyata keçirilib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev və xəstəxana əməkdaşlarının iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib. K. Musayev deyib ki, süni ürək cihazının taxılması əməliyyatları son illər dünyada icra olunur. Onun sözlərinə görə, bu, ürək problemlərinin qarşısını almaq istiqamətində ən effektiv müalicə üsullarından biridir: “Ürək cərrahiyyəsində “süni ürək köçürülməsi” əməliyyatı kifayət qədər kompleks bir əməliyyatdır. Yüksək ixtisaslı kadrlar və texnologiyanın istehsalı olan cihazlar tələb olunduğu üçün təəssüf ki, bütün mərkəzlərdə tətbiq olunmur. Bu gün artıq respublikamızda süni ürək cihazının köçürülməsini reallığa çevirib. Bu əməliyyatlarının ölkəmizin kadrları tərəfindən aparılması ölkə səhiyyəsinin və kardiologiyasının yüksək səviyyəsinin göstəricisidir”.

K. Musayev deyib ki, əməliyyat Mərkəzi Klinik Xəstəxanasında 44 yaşlı xəstənin üzərində aparılıb: “Yatağa bağlı və güclü dərmanlardan istifadə edən xəstənin bütün digər orqanlarında da ciddi pozulmalar var idi. “Dilatasiob kardiomiopatiya” adlı xəstəlikdən uzun müddət əziyyət çəkən İ.M ixtisaslaşmış kardioloqlar tərəfindən hərtərəfli müayinədən keçirilib və xəstəyə uzunmüddətli süni ürək cihazına taxılması məsləhət görülüb”.K.Musayev bildirib ki, xəstəyə ABŞ istehsalı olan “HeartMate 2” süni ürək cihazı implantasiya edilib. Bu cihazdan xəstənin uzunmüddətli istifadəsi nəzərdə tutulub. Onun sözlərinə görə, xəstənin əməliyyatdan sonrakı durumu normaldır. Hazırda süni ürək cihazı normal funksiya göstərir və bunun nəticəsində xəstənin əməliyyatdan əvvəlki pozulmuş hemodinamik və funksional göstəriciləri də tamamilə bərpa olunub. Xəstənin yaxın zamanlarda evə yazılması nəzərdə tutulub.

Xəstə İbrahim Mansurov isə jurnalistlərə açıqlamasında əməliyyatdan sonra özünü yaxşı hissi etdiyini və ağrılarının azaldığını bildirib. Xəstə əvvəllər ürək ağrılarından çox əziyyət çəkdiyini, nəfəs almasında ciddi problemləri olduğunu deyib. Əslən Balakən rayonundan xəstə əməliyyatdan sonra bütün narahatlıqlarının geridə qaldığını qeyd edib. İ.Mansurov əməliyyatı həyata keçirən şəxslərə minnətdarlığını bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN: Azərbaycandakı yeni səfirimizin təqdimatı inzibati mərhələdədir
12:39 02.06.2025
İran XİN: Azərbaycandakı yeni səfirimizin təqdimatı inzibati mərhələdədir
Sabah leysan yağacaq, güclü külək əsəcək
12:36 02.06.2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
12:32 02.06.2025
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
Meksikada reabilitasiya mərkəzində FAİCƏ: 12 ölü
12:29 02.06.2025
Meksikada reabilitasiya mərkəzində FAİCƏ: 12 ölü
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
12:27 02.06.2025
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
12:23 02.06.2025
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
12:21 02.06.2025
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya
12:21 02.06.2025
“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya
Aysunun keçmiş həyat yoldaşı Maldivdə bal ayında - FOTOLAR
12:19 02.06.2025
Aysunun keçmiş həyat yoldaşı Maldivdə bal ayında - FOTOLAR
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
12:13 02.06.2025
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
"Zeytun" apteklərinə protokol tərtib edildi - Dərmanı baha satdığına görə
12:07 02.06.2025
"Zeytun" apteklərinə protokol tərtib edildi - Dərmanı baha satdığına görə
İndoneziyada baş verən sürüşmə nəticəsində ölənlərin sayı artdı
12:05 02.06.2025
İndoneziyada baş verən sürüşmə nəticəsində ölənlərin sayı artdı
Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçdu - Ölən var
12:02 02.06.2025
Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçdu - Ölən var
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
11:59 02.06.2025
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ
11:57 02.06.2025
Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ
"Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar" - Əməkdar artistdən Aqşinə
11:52 02.06.2025
"Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar" - Əməkdar artistdən Aqşinə