Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı - FOTOLAR

İQTİSADİYYAT
14:20 24.09.2021
367
Azərbaycanda eşitmə və nitq məhdudiyyətli insanlar üçün ilk elektron lüğət (www.jestdili.az) hazırlanaraq istifadəyə verildi.
 
AZXEBER.COM xəbər verir ki, lüğət Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi "Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan "Doğma jest dili” layihəsi çərçivəsində "Nar”ın maliyyə dəstəyi ilə hazırlanıb. Elektron lüğətdə təxminən 3000-ə qədər söz və söz birləşməsi jestlərinin izahedici mətnləri, eyni zamanda 2100-dən artıq jestin şəkilləri və videoları yerləşdirilib.

Qeyd edək ki, "Doğma jest dili” lüğətinin elektron variantı eşitmə və nitq məhdudiyyəti olanlar və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlər üçün əvəzedilməz vasait olacaq. Onlayn lüğətin digər üstünlüklərindən biri insanlar üçün daha əlçatan olması və sözlərin asanlıqla axtarışını aparmağa imkan verməsidir. Bundan başqa, saytın mobil versiyası da hazırlanıb.

"Karlara Dəstək” İB-nin sədri Kamran Abasovun sözlərinə görə, elektron lüğət jest dilini öyrənmək arzusunda olanların istəyi nəzərə alınaraq hazırlanıb: "Azərbaycanda jest dili lüğətinin veb versiyası heç vaxt hazırlanmayıb. Veb-səhifə eşitmə və nitq qabiliyyəti məhdud olan insanların yaxınlarının jest dilini öyrənməsini asanlaşdıracaq, həmçinin gələcək tərcüməçilər və eşitmə və nitq məhdudiyyətli uşaqlarla işləyəcək şəxslər üçün pulsuz öyrənmə imkanı verəcək. Eşitmə məhdudiyyəti olan insanların adından "Nar” və RİİB-ə göstərdikləri bu dəstəyə görə təşəkkür edirik”.

"Nar”ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib ki, artıq 10 ilə yaxındır ki, mobil operator eşitmə və nitq məhdudiyyəti olan insanların cəmiyətə inteqrasiya olunmasına dəstək olmaq məqsədilə müxtəlif layihələr icra edib: "İlk elektron jest dili lüğətinin hazırlanması ilə eşitmə və nitq məhdudiyyəti olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılmasına və ətrafdakı insanlarla ünsiyyətinin asanlaşdırılmasına dəstək olacağımıza inanırıq. Mobil operator olaraq, həm abunəçilərimizə üstün müştəri xidməti təqdim etməyi, həm də cəmiyyətimiz üçün əhəmiyyətli sosial layhələr icra etməyi özümüzün məsuliyyəti hesab edirik”.

RİİB-in nümayəndəsi Zaira Qasımovanın sözlərinə görə, İctimai Birliyin fəaliyyətində əhalinin maarifləndirilməsi və məşğulluğun artırılması mühüm yer tutur: "Sosial cəhətdən həssas (çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan) əhali qruplarının sosial problemlərinin həlli və sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası istiqamətində mütəmadi olaraq layihələr həyata keçirilir, yeni ideya və təşəbbüslər dəstəklənir. Layihə çərçivəsində onlayn lüğətin hazırlanması üçün Əmək və əhalinin sosial müdafiəsi nazirliyi, Təhsil nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA-nın mütəxəssisləri, dosentlər və müəllim heyəti, ‘Karlara Dəstək” İB-nin əməkdaşlarının iştirakı ilə işçi qrupu yaradıldı”.

Qeyd edək ki, "Nar” bundan əvvəl eşitmə və nitq məhdudiyyəti olan insanların müxtəlif peşələrə yiyələnməsi üçün paytaxtda və regionlarda "Təlim məktəbi” təşkil edib, eyni zamanda işarət dilində olan sözlərin jestlərlə izahını verən "Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib.

 

 

 

 

 

 
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:29 26.10.2021

1075 il iş alan Adnan Oktarın həbsxanadan görüntüsü yayıldı - FOTO

12:22 26.10.2021

Azərbaycanda nə qədər narkoman var? - VİDEO

12:18 26.10.2021

Hikmət Hacıyev: "Erməni faşizminin məhv edilməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni yaranıb"

12:15 26.10.2021

“Nə istəyirlər desinlər” – Körpəyə su verməsi ilə gündəm olan Çingiz Abdullayev

12:12 26.10.2021

Hava nə vaxt düzələcək? - AÇIQLAMA

12:10 26.10.2021

Deputat qalmaqallı statusundan danışdı: “Sürücüm edib...”

12:06 26.10.2021

Bu binanın uçma təhlükəsi var, DYP əhaliyə müraciət etdi

12:02 26.10.2021

Kəramət Böyükçöl Narkoloji Dispanserdən evə buraxıldı - FOTO

11:57 26.10.2021

DİN Bakıda bir qrup qazinin yolu bağlamasına münasibət bildirdi

11:55 26.10.2021

"Squid Game" serialına baxan işçilər etiraza başladı: Haqqımızı verin

11:50 26.10.2021

Ərdoğan Azərbaycana yola düşüb

11:47 26.10.2021

Koronavirusun “AY.4.2” variantı “Delta”dan daha təhlükəlidir - AÇIQLAMA

11:45 26.10.2021

Prezidentin köməkçisi: “Regionda yeni təhlükəsizlik düzəni formalaşıb”

11:27 26.10.2021

Alim Qasımov qızını cəzalandırıb: “Mənə şillə vurdu” - VİDEO

11:16 26.10.2021

Ermənistan parlamenti Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı qapalı dinləmələr keçirəcək

11:12 26.10.2021

Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb - VİDEO