Nəzakət Məmmədova və Reyhan Müslümovanın isə gözəlləşməkarzuları gözlərində qalıb
Son illər plastik cərahiyyə ciddi inkişaf yoluna qədəm qoyub. Bir neçə il öncəyə qədər yalnız müğənnilər və sənət adamları öz görkəmini dəyişdirməyə cəsarət etsə də, artıq sadə insanlar, evdar qadınlar arasında da əməliyyat stoluna uzananlar az deyil.
TƏBİB.AZ bu dəfə plastik cərahiyyənin inkişaf etmədiyi, insanların estetik gözəlliyi ilə deyil, ağlı, zəkası ilə fərqlənməyə çalışdığı dövrdən, daha dəqiq desək, sovet dövründən, bu dövrdə plastik əməliyyat etdirən azsaylı məşhurlardan danışacaq.
Nə qədər qəribə olsa da, yaxın keçmişdə ilk dəfə plastik cərahiyyə əməliyyatı etdirən məşhur azərbaycanlı, Azərbaycan Respublikasının xalq artisti, bədii qiraətçi Əminə Yusifqızı olub. O, burnunu əməliyyat etdirərək, estetik görünüşünə əl gəzdirib.
Onun ardınca xalq artitsi, müğənni Flora Kərimova əməliyyat stoluna uzanıb. İfaçı SSRİ dövründə iki dəfə plastik əməliyyat etdirib və hər iki əməliyyat Gürcüstanda baş tutub.
İlk dəfə uğursuz plastik əməliyyatın qurbanı mərhum müğənni Nəzakət Məmmədova olub. Rusiyanın Soçi şəhərində Anatoli Karol adında plastik cərraha müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir.
Müğənni Reyhan Müslümova isə plastik yolla çəkisini azaltmaq istəsə də, buna nail olmur. Əməliyyat stolunda keçinən müğənniyə əvvəlcədən şəkərinin çox olması səbəbindən ölə biləcəyi xəbərdarlığı edilsə də, o, buna məhələ qoymur. Elə əməliyyat stolundaca dünyasını dəyişir.
Vacib qeyd:Sonda xatırladaqki, estetik cərahiyyənin inkişaf etməsinə baxmayaraq, hələ də plastik əməliyyat qurbanlarının sayı az deyil. Bu mənada ehtiyatlı olmaq, saxta reklamlara aldanıb, hər yoldan keçən həkimə etibar etmək də lazım deyil.