Azərbaycanda imtahana gələn abituriyentin üzərindən gizli kamera çıxdı - TƏFƏRRÜAT - VİDEO

Azərbaycanda imtahana gələn abituriyentin üzərindən gizli kamera çıxdı - TƏFƏRRÜAT - VİDEO
SOSİAL
00:08 04.05.2017
11295

İllərdir edilən xəbərdarlığa baxmayaraq, bu dəfə də qəbul imtahanında abituriyentlərdə 130-a yaxın mobil telefon, texniki vasitələr və çoxsaylı köməkçi tədris materialları aşkarlanıb.

 

AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumat verir ki, imtahan keçiriləcək binalarda 1 gün əvvəl aparılmış yoxlamalarda maraqlı faktlar qeydə alınıb. Bir binada sanitar qovşağının su çənində 2 ədəd mobil telefon, digər binada isə zibil vedrəsində 1 ədəd mobil telefon gizlədildiyi aşkarlanıb. İmtahan günü telefonları gizlətdiyi yerdən götürən abituriyentlər saxlanılıb.

 

Mobil telefonları su qabında gizlədən abituriyentin üzərinə baxış zamanı əynində olan jiletin düyməsinə xüsusi xırda kamera yerləşdirdiyi məlum olub. Abituriyentin məqsədi test kitabçasını videoya çəkmək və naqilsiz qulaqcıq vasitəsilə kənardan ona deyilən cavabları cavab kartına köçürmək olub. Digər abituriyent isə mobil telefonu təhvil verməkdən imtina edib və onu yerə çırparaq sındırıb.

 

Bu abituriyentlərin hamısı imtahandan uzaqlaşdırılıblar.

 

Bu arada Dövlət İmtahan Mərkəzi qəbul imtahanı verən abituriyentlərə müraciət edib. Qeyd olunub ki, imtahan iştirakçıları imtahanların nəticələrini "Azercell” mobil operatoru vasitəsilə mərkəz tərəfindən müvafiq nəticələr rəsmi elan olunan gündən etibarən öyrənə biləcəklər. Nəticələri öyrənmək üçün iş nömrəsini 7727-yə göndərmək lazımdır. Abonentin nömrəsinə toplanan bal haqqında məlumat göndəriləcək. İmtahan nəticələri eyni zamanda Dövlət İmtahan Mərkəzinin internet saytında da yerləşdirilir.

 

Abituriyentlər üçün elektron ərizə qəbulu sistemi də sabahdan aktivləşəcək.

 

Abituriyentlərin çoxsaylı müraciətlərini və ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının bu ildən etibarən iki dəfə keçirilməsini nəzərə alaraq, elektron ərizə qəbulu sistemi mayın 22-dək aktiv olacaq.

 

Bu müddətdə 16 mart - 11 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən həm cari, həm də əvvəlki illərin məzunu olan abituriyentlər ərizələrini doldurub təsdiq edə bilərlər.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq zədələdi - Həbs edildi - VİDEO
14:55 25.08.2025
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq zədələdi - Həbs edildi - VİDEO
Netanyahu: Hücumlar davam edəcək
14:44 25.08.2025
Netanyahu: Hücumlar davam edəcək
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
14:38 25.08.2025
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
Ağdamda itkin düşən qız tapıldı
14:31 25.08.2025
Ağdamda itkin düşən qız tapıldı
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək