Azərbaycanda indiyədək 950 nəfərin deputatlığa namizədliyi qeydə alındı

SİYASƏT
16:27 05.08.2024
189
Növbədənkənar parlament seçkilərində 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib.

"1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər isə imza vərəqələrini qaytarıb”, - o deyib.

OXŞAR XƏBƏRLƏR