Azərbaycanda indiyədək koronavirusa yoluxan 1 548 nəfərdən 948-i sağaldı

SAĞLAMLIQ
16:23 23.04.2020
1822
Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə AZXEBER.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

OXŞAR XƏBƏRLƏR