Cəlilabad rayon sakininin inəklərini oğurlayan şəxslər bir ildən sonra tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 31-də Cəlilabad rayonunun Çinar kənd sakini Qalib Hüseynov Rayon Polis Şöbəsinə müraciət edərək, 2011-ci ilin avqust ayının 16-da kəndin otlaq sahəsində 4 baş inəyinin itməsini bildirib.