Azərbaycanda inək qeysəriyyə olundu, balası dünyaya gəldi - VİDEO

SOSİAL
00:10 05.01.2019
13517
Qax rayonunun Qaradolaq kəndində Azərbaycanda ilk olaraq heç bir şərait olmadan doğum zamanı ölüm ayağında olan inək üzərində qeysəriyyə əməliyyatı aparılıb.
 
AZXEBER.COM xəbr verir ki, baytar həkim Hamlet Abbasov ilk dəfə bala verən inəyin üzərində uğurlu əməliyyat aparmaqla bu vaxta kimi baş verən ölüm hadisələrinin qarşısını almağın mümkün olduğunu təsdiqləyib.

Qaradolaq kənd sakini Füzuli Rəşidovun ailəsinin əsas gəlir mənbəyi maldarlıqdır. Uzun illərdir ki, Rəşidovlar mal-qarya baxaraq ailə təsərrüfatlarını genişləndirib. Bir müddət əvvəl təsərrüfatdakı inəklərdən biri doğum müddətində çətin anlar yaşayıb. İlk dəfə bala verən heyvan qarnındakı bala ilə birgə tələf olmaq təhlükəsi ilə üzləşib.Heyvanın təbii yolla doğa bilməyəcəyini görən təsərüfat sahibi baytar həkimə müraciət edib.
 

OXŞAR XƏBƏRLƏR