Azərbaycanda İngiltərə Premyer Liqasını yayımlayacaq telekanalın adı məlum olub.
AzxeberSport xəbər verir ki, dünyanın ən baxımlı çempionatı İdman TV-də yayımlanacaq.
Qeyd edək ki, çempionata bu gün start veriləcək. Saat 23:00-da başlayacaq qarşılaşmada "Börnli" "Mançester Siti"ni qəbul edəcək.