Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən əziyyət çəkir? - VİDEO

SAĞLAMLIQ
16:37 26.07.2022
435
Pandemiya başlayandan bəri xəstəxanalara COVİD-19-la yanaşı başqa xəstəliklər səbəbilə də müraciət edənlərin sayı az olmayıb.

AZXEBER.COM xəbər verir ki, 2 saylı şəhər poliklinikasının şöbə müdiri, həkim-terapevt Gülxar Tağıyevanın "Xəzər TV"yə bildirdiyinə görə, sözügedən dövr ərzində, xüsusilə ürək-qan-damar sistemi xəstəlikləri ilə bağlı şikayətlər çoxalıb. Hətta səhhətində heç bir problem olmayan şəxslər də koronavirusa yoluxmasalar belə, orqanizmin zəifləməsi nəticəsində xəstəxanaya üz tutublar.

7 saylı şəhər poliklinikasının həkim-terapevti Güney Nuruyeva isə deyib ki, pandemiya dövründə nevrozdan əziyyət çəkən pasiyentlərin sayı ikiqat artıb. Belə ki, tətbiq olunan məhdudiyyətlər bəzi insanların sinir sistemlərinə mənfi təsir edib.

Mütəxəssislərin sözlərinə görə, xəstəxanalara artan müraciətlər arasında insult ehtimalı olan pasiyentlər də var.
 

OXŞAR XƏBƏRLƏR