"Delta Telecom”dan ölkə ərazisində internet təchizatında yaranan problemlə bağlı saytımıza açıqlama verilib.
AZXEBER.COM xəbər verir ki, "Delta Telecom”dan Oxu.Az-a bildirilib ki, internetdə kəsinti yoxdur:
"Bəzi istiqamətlərdə keyfiyyəti yüksəltmək üçün profilaktik tədbirlər həyata keçirilməsi ilə əlaqədar olaraq sıxlıqlar yaranıb.
Karantin rejimində istifadəçilərin çoxluğu ilə əlaqədar belə hallar yaşana bilər. Ölkədə internet kəsintisi barədə məlumatlar yanlışdır”.