Azərbaycanda İnternet ucuzlaşır - "Delta Telecom"dan şok endirim

Azərbaycanda İnternet ucuzlaşır - "Delta Telecom"dan şok endirim
SOSİAL
15:21 08.05.2019
3122
"Delta Telekom LTD” MMM istifadəçilərə göstərilən internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin hər bir şəxs üçün əlçatan olmasının təmin edilməsi üçün müxtəlif kampaniyaların keçirilməsini planlaşdırır. 

AZXEBER.COM xəbər verir ki, bu barədə "Delta Telecom"un saytında məlumat verilib:

"Ulu öndər, Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində 10 may 2019-cu il tarixindən başlayaraq provayderlərə təklif olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim olunacaq.
 
Endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir. 

Maraqlı olan provayderlər, endirim paketi haqda ətraflı məlumat almaq üçün müəssisəmizə müraciət edə bilər".
OXŞAR XƏBƏRLƏR