Azərbaycanda istilik mövsümünün müddəti 1 ay artırılacaq? - RƏSMİ

Azərbaycanda istilik mövsümünün müddəti 1 ay artırılacaq? - RƏSMİ
SOSİAL
14:16 03.04.2023
223
"Azəristiliktəchizat” ASC Energetika Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə istilik mövsümünün müddətinin artırılması ilə bağlı danışıqlar aparır.

AZXEBER.COM xəbər verir ki, bunu report-a açıqlamasında səhmdar cəmiyyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

"Mövcud qaydalara görə, istilik mövsümü noyabrın 15-dən aprelin 15-nə qədər davam edir. Əlbəttə, burada havanın temperaturu əsas rol oynayır. Hazırda normativ sənədlərdə dəyişikliklərin edilməsi üçün Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə araşdırmalar aparılır. Ola bilsin ki, istilik mövsümü 15 gün tez, yəni noyabrın 1-də başlasın, 15 gün gec, yəni mayın 1-də bitsin. Bununla bağlı bizə vətəndaşlardan və təhsil müəssisələrindən kifayət qədər müraciətlər var. Müraciətlərin mahiyyəti ondan ibarətdir ki, mövsüm noyabrın 1-də başlasın, mayın 1-də bitsin. İstənilən müraciəti diqqətdə saxlayırıq. Hökumət də tapşırıq verib ki, araşdırılsın və hazırda araşdırmalar davam edir. Araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə məlumat verəcəyik", - deyə o qeyd edib.

"Mövsümün müddətinin dəyişdirilməsi heç də asan məsələ deyil. Burada söhbət əlavə enerji resurslarından, vəsaitdən və əməkdaşdan söhbət gedir. Ona görə də bu, çox detallı araşdırma tələb edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi son 30 ildə iqlimdə baş vermiş dəyişikliklər, temperatur rejimləri, soyuq, yağışlı, şaxtalı, küləkli günlərin sayı və başqa bu kimi zəruri məlumatları hazırlayır”,- deyə İ.Mirzəliyev əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO