Azərbaycanda kafedə qanlı dava: başına "butulka" vurub öldürdü

Azərbaycanda kafedə qanlı dava: başına "butulka" vurub öldürdü
SOSİAL
13:54 19.07.2017
812
Xaçmaz şəhərində qətl törədilib.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, iyun ayının 18-də Xaçmaz şəhər sakini Əlihüseyn Əzizli insult diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırmalar zamanı cari il iyun ayının 17-də Xaçmaz şəhərindəki kafelərdən birində şəhər sakini Sərxan İsmayılovun münaqişə zəminində Ə.Əzizlinin baş nahiyəsinə şüşə qabla (butulka) xəsarət yetirməsi müəyyən edilib.
 
S.İsmayılov Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

OXŞAR XƏBƏRLƏR