Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi? - RƏSMİ CAVAB

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi? - RƏSMİ CAVAB
SOSİAL
17:41 21.08.2020
4769
"Bugünkü gündə hər hansı ciddi şəkildə sərtləşmə olacaq, yoxsa yox, buna qərar verəcək ciddi dəyişikliyimiz yoxdur".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O əlavə edib ki, belə bir məsələ olarsa, əlbəttə ictimaiyyətə açıqlanacaq: "Həqiqətən də bu gün biz az da olsa artmaya meyilliliyi görürük. Ona görə də bəzi qərarların qəbul olunması müzakirə ediləcək. Biz bu məsələyə ciddi yanaşmalıyıq".

OXŞAR XƏBƏRLƏR